• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Qaydaları “çeynəyən” sürücülər ard-arda qəza şəraiti yaratdı - VİDEO

    30

    mar

    Qaydaları “çeynəyən” sürücülər ard-arda qəza şəraiti yaratdı - VİDEO

    Xocahəsən-Lökbatan yolunda (“Abşeron” ticarət mərkəzinin yaxınlığında) qaydaları kobud şəkildə pozan sürücülər kameraya düşüb.

    Aftosfer.az-ın məlumatına görə, hadisə bir neçə gün əvvəl axşam saatlarında qeydə alınıb. Görüntülərdən aydın olur ki, yolda yaranmış sıxlıqda gözləmək istəməyən “BYD”, “KIA” və 77-FJ-235 dövlət nömrə nişanlı “Toyota Prius” markalı avtomobillərin sürücüləri əks istiqamətli yola çıxaraq axına qarşı hərəkət ediblər.

    Nəticədə onlar qarşı tərəfdən gələn nəqliyyat vasitələrini çətin vəziyyətdə qoyaraq qəza şəraiti yaradıblar.

    Qeyd edək ki, bu cür davranış tıxac problemini həll etmir, əksinə, hərəkətin ümumi ritmini pozaraq daha böyük sıxlığa və qəza riskinə səbəb olur.


    Tarix : 30-03-2026, 15:10 | Oxunub: 1 064