Naxçıvan-Şahbuz magistral yolunda yol-nəqliyyat hadisəsi baş verib.

Ekologiya.az APA-ya istinadən xəbər verir ki, hadisə yolun Babək rayonu Uzunoba kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. 75-BD-090 dövlət nömrə nişanlı, “VAZ 2103” markalı avtomobillə 67-BH-202 dövlət nömrə nişanlı “VAZ 2107” markalı avtomobil toqquşub. Qəzada 3 nəfər xəsarət alıb. Onlar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər.

1967-ci il təvəllüdlü Əsgərova Nəzakət Əli qızı xəstəxanada vəfat edib. Xəsarət alan digər iki qadının isə xəstəxananın travmatologiya şöbəsində müalicələri davam edir.

Faktla bağlı araşdırma aparılır.  


683486e3349f4683486e3349f61748272866f67fdedd3403ef40db6725aa4e5934a2 683486e2f062a683486e2f062b1748272866bb43adcf3cbb89b75cfde3b52dcce3ac 683486e2b43bb683486e2b43bc17482728661371572426110545077e2ff06362ef58 683486e279a5e683486e279a5f17482728666177633066730be13dd57a60e5f5243b