• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Azərbaycanda DƏHŞƏT: 13 ölü, 14 yaralı - 210-u azyaşlı olmaqla 766 nəfər.../ RƏSMİ

    31

    mar

    Azərbaycanda DƏHŞƏT: 13 ölü, 14 yaralı - 210-u azyaşlı olmaqla 766 nəfər.../ RƏSMİ

    Bayram günlərində hadisələr zamanı 13 nəfər ölüb, 14 nəfər xəsarət alıb.

    Ekologiya.az bildirir ki, Paytaxt.org-un xəbərinə görə, bu barədə Fövqəladə Hallar Nazirliyinin məlumatında deyilib.

    Bildirilib ki, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən bayramlarla əlaqədar qeyri-iş günləri ərzində ümumilikdə 380 yanğına çıxış, 5 avtonəqliyyat qəzası, 3 partlayış faktı və subasmalarla bağlı qəza-xilasetmə əməliyyatları həyata keçirilib.

    Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

    Ümumilikdə, FHN-in qüvvələri tərəfindən bayram günləri ərzində 11-i azyaşlı olmaqla 45 nəfər xilas edilib, 14 nəfər xəsarət alıb, hadisələr zamanı 13 nəfər həyatını itirib, intensiv yağışlarla əlaqədar su basmış ərazilərdə köməksiz vəziyyətdə qalan 210-u azyaşlı olmaqla 766 nəfər, yanğın zamanı isə 35 nəfər təhlükəsiz əraziyə təxliyə olunub.

    Tarix : 31-03-2026, 11:15 | Oxunub: 888