Türkiyənin Kahramanmaraş vilayətində yenidən zəlzələ qeydə alınıb.

 

Ekologiya.az  xəbər verir ki, bu barədə Kandilli Rəsədxanasının rəsmi X səhifəsində məlumat yayılıb.

 

Bildirilib ki, vilayətin Nurhak rayonunda baş verən yeraltı təkan Rixter şkalası üzrə 3 ballıq maqnituda ilə qiymətləndirilib.

 

Ocağı yerin 5.6 kilometr dərinliyində yerləşən zəlzələdən sonra itki və dağıntılar barədə məlumat verilməyib.