• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • 15 gündə 26 nəfəri it dişləyib - 9-u uşaqdır

    04

    apr

    15 gündə 26 nəfəri it dişləyib - 9-u uşaqdır

    Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına son 15 gündə it dişləməsi səbəbilə 26 müraciət daxil olub.

    Ekologiya.az xəbər verir ki, bu barədə “Report”a xəstəxanadan məlumat verilib.

    Bildirilib ki, onlardan 13-ü kişi, 4-ü qadın, 9 nəfəri isə azyaşlı olub:

    “Pasiyentlərin hər birinə zəruri tibbi yardım göstərilib, vaksin tətbiq olunub və ambulator müalicə üçün evə buraxılıblar”.

    Biləsuvar Rayon İcra Hakimiyyəti başçısının Biləsuvar şəhər inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyindən bildirilib ki, sahibsiz itlər üçün sığınacaqların yaradılmasına görə müvafiq qurumlara müraciət edilib:

    “Yer ayrılan kimi sahibsiz itlər üçün sığınacaq yaradılacaq”.

    Tarix : 4-04-2026, 13:13 | Oxunub: 912