• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Sumqayıtda DƏHŞƏT: İtlər uşaqları xəstəxanalıq etdi

    09

    apr

    Sumqayıtda DƏHŞƏT: İtlər uşaqları xəstəxanalıq etdi

    Sumqayıtda itlər insanlara hücum edib.

    Ekologiya.az-ın Sumqayit24.az-a istinadla məlumatına görə, hadisə 12-ci mikrorayon ərazisində yerləşən məktəbin yaxınlığında baş verib. İnsident nəticəsində uşaqlar xəsarətlər alıb.

    TƏBİB-dən redaksiyamızın əməkdaşının sorğusuna cavab olaraq bildirilib ki, 8 aprel saat 18:00 radələrində 6 nəfər (3 qadın cinsli, 3 kişi cinsli) it dişləməsi diaqnozu ilə Sumqayıt Tibb Mərkəzinin nəzdindəki tibb müəssisələrinə hospitalizasiya olunub.

    “Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilən 1 nəfərə zəruri tibbi yardım göstərilib, müvafiq peyvənd vurulan, vəziyyəti qənaətbəxş olan şəxs ambulator müalicə üçün evə buraxılıb.

    Uşaq Xəstəxanasına yerləşdirilən 5 nəfərin hər birinə zəruri tibbi yardımlar göstərilib. Müvafiq peyvənd vurulan, vəziyyəti qənaətbəxş olan 4 nəfər ambulator müalicə üçün evə buraxılıb. Başın dişlənmiş-didilmiş yarası diaqnozu təyin edilən 1 nəfərin müalicəsi isə Uşaq Xəstəxanasının Cərrahiyyə şöbəsində davam etdirilir, hazırda vəziyyəti orta ağırdır”.


    Tarix : 9-04-2025, 19:45 | Oxunub: 2 584