16 noyabrda zəhərlənmə şübhəsilə 4 nəfər (2-si kişi, 2-si qadın olmaqla) Tovuz Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Bu barədə APA-nın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.

Onlara dəqiqləşdirilməmiş qida zəhərlənməsi diaqnozu təyin edilib.

Pasiyentlərin hər birinə zəruri tibbi yardım göstərilib və ambulator müalicə üçün evə buraxılıb.