• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Cəbrayılda avtomobil aşdı - ölən və xəsarət alanlar var - FOTO

    09

    yan

    Cəbrayılda avtomobil aşdı - ölən və xəsarət alanlar var - FOTO

    Cəbrayılda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

    Ekologiya.az xəbər verir ki, hadisə rayonun Karxulu kəndi ərazisində qeydə alınıb.

    "Mitsubishi" markalı avtomobil hərəkətdə olan zaman idarəetməni itirərək aşıb. Hadisə nəticəsində iki nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb, bir nəfər isə həyatını itirib.

    Qəza nəticəsində həlak olan 1981-ci il təvəllüdlü Nicat Ağayevin Lənkəran sakini olduğu bildirilir. Mərhum ehtiyatda olan hərbi qulluqçu olub. 44 günlük Vətən müharibəsi iştirak edib və bir sıra medallarla təltif olunub.

    Faktla bağlı Cəbrayıl rayon Polis Şöbəsində araşdırma başlanılıb.APA

    Cəbrayılda avtomobil aşıb, ölən və xəsarət alanlar var - FOTO


    Tarix : 9-01-2025, 13:20 | Oxunub: 1 336