Ölkəmizin ilk milli parkı - Həsən Əliyev adına Zəngəzur Milli Parkı Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 16 iyun tarixli sərəncamı ilə yaradılmışdır.
Yerləşməsi: Kiçik Qafqaz (Naxçıvan Muxtar Respublikası)
Sahəsi: 42797,4 ha
Landşaft: dağ meşəsi, dağ çəmənlikləri, qayalıqlar
Rast gəlinən bitki növləri: böyük titrəmərcan, Araz palıdı, şoran qarğasoğanı, Qrosheym süsəni, Mişenko zümrüdçiçəyi, çılpaq dorema, yabanı zınbırtikan və s.
Rast gəlinən heyvan növləri: səsyamsılayan qırğı, çəhrayı qutan, qıvrımlələk qutan, adi ərsindimdik, ağquyruq dəniz qartalı, bərqud, saqqallı kərkəs, adi ilanyeyən, şahin qızılquş, Xəzər uları, adi dovdaq, adi bəzgək, Suriya sarımsaqiylisi, yaşıl quru qurbağası, Kiçik Asiya ağac qurbağası və s.
”Qırmızı Kitab”a daxil olan növlər: bəbir, zolaqlı kaftar, manul pişiyi, Qmelin muflonu, Bezoar keçisi, saqqallı kərkəs, ağboğaz bülbül, qırmızıqanad mərciməkquşu, nöqtəli səhləb, yaşıl ləçəkotu, bənövşəyi güləbətin, Erdeli mahmızlaləsi, qulaqcıqlı novruzçiçəyi, gözəl vaviloviya, üçyarpaq suyoncası, göykasacıqlı keçəotu, Mişenko zümrüdçiçəyi və s.