• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • 16 iyun - Zəngəzur Milli Parkının yaranması günüdür

    16

    iyn

    16 iyun - Zəngəzur Milli Parkının yaranması günüdür

    Ölkəmizin ilk milli parkı sayılan Həsən Əliyev adına Zəngəzur Milli Parkı Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 16 iyun tarixli sərəncamı ilə yaradılmışdır.
    Yerləşməsi: Kiçik Qafqaz (Naxçıvan Muxtar Respublikası)
     Sahəsi: 42 797,4 ha
     Landşaft: Dağ meşəsi, dağ çəmənlikləri, qayalıqlar
    Rast gəlinən bitki növləri: Çılpaq dorema, yabanı zınbırtikan, Araz palıdı, zərif süsən, Qrossheym süsəni, gözəl qayışləçək, Mişşenko zümrüdçiçəyi və s.
     Rast gəlinən heyvan növləri: Avropa tüvüyü, çəhrayı qutan, qıvrımlələk qutan, ərsindimdik, ağquyruq dəniz qartalı, toğlugötürən, adi ilanyeyən, şahin, Xəzər uları, dovdaq, bəzgək, Suriya sarımsaqiyli qurbağası, yaşıl qurbağa, kiçik ağac qurbağası, bəbir, zolaqlı kaftar, manul pişiyi, dağ qoyunu (muflon), bezoar keçisi, ağboğaz bülbül, qırmızıqanad mərciməkquşu və s.


    Tarix : 16-06-2025, 15:45 | Oxunub: 2 824