• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Cəlilabadda qızılcaya yoluxma sayı yenidən kəskin artdı

    11

    fev

    Cəlilabadda qızılcaya yoluxma sayı yenidən kəskin artdı

    Cəlilabad rayonunda qızılca virusuna yoluxma sayında yenidən artım qeydə alınır.

    "Report"un Muğan bürosunun məlumatına görə, Cəlilabad rayonunda noyabr ayından bugünədək 493 nəfər qızılcaya yoluxub.

    Yoluxanlardan 18 yaşdan kiçiklər 318 nəfər, 18 yaşdan böyüklər isə 175 nəfər təşkil edir.

    Hazırda aktiv xəstə sayı 47 nəfərdir. Xəstələrdən 3-ü stasionar şəraitdə müalicə olunur.

    Rayon üzrə ötən ilin dekabrın 1-dən QPM peyvəndi vurulan uşaqların sayı 2 332 nəfərdir. Fevralın 9-u QPM peyvəndi 23 azyaşlıya vurulub.

    Qeyd edək ki, fevralın 9-u 13 nəfər bu virusa yoluxub.

    Tarix : 11-02-2024, 14:27 | Oxunub: 1 690