• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Xankəndiyə polis rəisi təyin edildi - FOTO

    12

    fev

    Xankəndiyə polis rəisi təyin edildi - FOTO

    Azərbaycan Daxili İşlər Nazirliyinin (DİN) Xankəndi şəhərində Polis Şöbəsinə rəis təyin edilib. 

     Qaynarinfo-nun əldə etdiyi məlumata görə, daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun müvafiq əmri ilə polkovnik-leytenant Zaur Nəsirov Göygöl Rayon Polis Şöbəsinin rəisi vəzifəsindən azad edilərək, Xankəndi RPŞ-nın rəisi təyin olunub. 

     

    Qeyd edək ki, Zaur Nəsirov 1980-cı ildə Xankəndi şəhərində anadan olub. 2004-cü ildə Bakı Dövlət Universitetinin Hüqüq fakultəsini bitirib. Həmin ildən daxili işlər orqanlarında xidmət edir. 2021-ci ilin dekabr ayında Xətai Rayon Polis İdarəsinin əməliyyat işləri üzrə rəis müavini vəzifəsindən azad edilərək, Göygöl Rayon Polis Şöbəsinin rəisi təyin olunub.

     Xatırladaq ki, 2023-cü ilin oktaybr ayında Daxili İşlər Nazirliyinin (DİN) Xankəndi şəhərində Polis Şöbəsi yaradılıb. 




    Tarix : 12-02-2024, 19:29 | Oxunub: 2 146