• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Paytaxtda külək 21 m/s-dək güclənib - FAKTİKİ HAVA

    15

    fev

    Paytaxtda külək 21 m/s-dək güclənib - FAKTİKİ HAVA

    Milli Hidrometeorologiya Xidmətinin fevralın 15-nə olan məlumatına əsasən şimal və qərb rayonlarından başlayaraq bəzi yerlərdə yağıntılı hava şəraiti müşahidə olunur. Naxçıvan MR, Biləsuvar, Şəki, Oğuz, Zaqatalada yağış, Şahdağda isə qar yağır.

    Xidmətdən Ekologiya.az-a verilən xəbərə görə, şimal-qərb küləyi arabir Bakıda və Abşeron yarımadasında 21 m/s-dək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən dənizdə dalğanın hündürlüyü 2 metrə çatıb.

    Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 8, Naxçıvan MR-də 10, Aran rayonlarında 11, yüksək dağlıq ərazilərdə isə 1 dərəcəyədək istidır.

    Tarix : 15-02-2024, 18:35 | Oxunub: 1 737