• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Sumqayıtda yağ sexində yanğın olub

    16

    fev

    Sumqayıtda yağ sexində yanğın olub

    Sumqayıtda gecə yarısı saat 00:10 radələrində şəhərin girişinə yaxın yerdə yerləşən yağ istehsal edilən sahədə yanğın baş verib.


    AZƏRTAC xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzinin texnika və canlı qüvvələri yanğını söndürməyə cəlb olunub. Yanğın təqribən 400 kvadratmetrlik sexin 100 kvadratmetrini əhatə edib.


    Yanğın söndürülüb. Hazırda soyutma işləri aparılır. Xəsarət alan yoxdur.

    Tarix : 16-02-2024, 10:40 | Oxunub: 1 742