• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Abşeron rayonunda müvafiq sənədləri olmayan 10 ədəd ov silahı könüllü olaraq polisə təhvil verilib

    22

    fev

    Abşeron rayonunda müvafiq sənədləri olmayan 10 ədəd ov silahı könüllü olaraq polisə təhvil verilib

    Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən ötən gün inzibati ərazidə hüquqpozmalara qarşı növbəti profilaktik tədbirlər keçirilib. Nəticədə müxtəlif inzibati pozuntu törədən 209 şəxs barəsində protokol tərtib olunub.


    Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Ekologiya.az-a verilən məlumata görə, borclu şəxs kimi axtarışda olan 11 nəfər müəyyən edilərək aidiyyəti üzrə təhvil verilib. Rayon ərazisində mülki silahın saxlanılması qaydalarının pozulmasına görə 5 nəfər barəsində protokol tərtib olunub.


    Abşeron Rayonu Polis İdarəsinin Mehdiabad Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı isə müvafiq sənədləri olmayan 10 ədəd ov silahı vətəndaşlar tərəfindən könüllü olaraq polisə təhvil verilib.

     

    Tarix : 22-02-2024, 16:00 | Oxunub: 1 983