• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Sanitar-gigiyena qaydalarının pozulmasına görə Tovuzda vəzifəli şəxs barəsində protokol tərtib olunub

    04

    dek

    Sanitar-gigiyena qaydalarının pozulmasına görə Tovuzda vəzifəli şəxs barəsində protokol tərtib olunub

    Sanitar-gigiyena qaydalarının pozulmasına görə Tovuzda vəzifəli şəxs barəsində protokol tərtib olunub.

    Tovuz rayonunda sanitar-gigiyena qaydalarının pozulmasının qarşısının alınması, ətraf mühitin mühafizəsi tələblərinin daha da gücləndirilməsi məqsədilə polis, eləcə də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin regional idarəsinin əməkdaşları tərəfindən birgə növbəti tədbirlər keçirilib.

    Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, keçirilən tədbirlər zamanı Tovuz rayon Aşağı Quşçu kəndi ərazisində sənaye və məişət tullantılarının qalaqlanması aşkar edilib. Aşkar edilmiş faktla bağlı  vəzifəli şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunub.

    Bu kimi halların qarşısının alınması məqsədilə Tovuz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən tədbirlər davam etdirilir.

    Tarix : 4-12-2023, 12:03 | Oxunub: 1 925