• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Qazaxıstanda çay daşdı: Sakinlər küçədə balıq tutdular

    28

    mar

    Qazaxıstanda çay daşdı: Sakinlər küçədə balıq tutdular

    Qazaxıstanda Sazdinka çayı məcrasından çıxıb, nəticədə Aktobe şəhərini su basıb.

    Bu barədə ölkənin Fövqəladə Hallar Xidmətindən xəbər verilib.

    Məlumata görə, avtomobillər, hətta avtobuslar da su altında qalıb.

    Daşqının nəticələrinin aradan qaldırılması üçün FHX-nin 1000-ə yaxın əməkdaşı və 200 texnikası, həmçinin Milli Qvardiyanın əməkdaşları da səfərbər ediliblər. Yüzlərlə insan isə təxliyə edilib.

    Bundan başqa, daşqın təhlükəsi ilə əlaqədar Kostanay vilayətində fövqəladə vəziyyət rejimi tətbiq edilib.

    Sosial şəbəkələrdə daşqınla bağlı görüntülər yayılıb. Kadrlardan birində yerli sakinin balıq tutduğu görünür.

    Tarix : 28-03-2024, 22:09 | Oxunub: 177