• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Bakının bir sıra yollarında nəqliyyatın hərəkətində çətinliklər yaranıb

    29

    mar

    Bakının bir sıra yollarında nəqliyyatın hərəkətində çətinliklər yaranıb

    Bakının bir sıra yollarında nəqliyyatın hərəkətində çətinliklər yaranıb.

    Bu barədə Musavat.com-a Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) bildirilib.

    Hazırda:

    1. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metrostansiyası istiqamətində;

    2. Yusif Səfərov küçəsi, Heydər Əliyev prospekti istiqamətində;

    3. "20 Yanvar" dairəsində;

    4. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metrostansiyası istiqamətində;

    5. Binəqədi şosesi, "Azadlıq Prospekti" metrostansiyası istiqamətində;

    6. Afiyəddin Cəlilov küçəsi, Yusif Səfərov küçəsi istiqamətində;

    7. 28 may və Dilarə Əliyeva küçələri, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;

    8. Tbilisi prospekti, "20 Yanvar" metrostansiyasından mərkəz istiqamətində;

    9. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəz istiqamətində;

    10. Rəşid Behbudov küçəsi, Mərkəzi Bank istiqamətində;

    11. Aeroport şosesi, "Koroğlu" metrostansiyası istiqamətində sıxlıq müşahidə olunur.

    Tarix : 29-03-2024, 09:14 | Oxunub: 2 050