• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Ağdaşda bələdiyyə sədri cəzalandırılıb

    20

    noy

    Ağdaşda bələdiyyə sədri cəzalandırılıb

    Ağdaşda sanitar-gigiyena qaydalarının pozulmasına görə bələdiyyə sədri inzibati məsuliyyətə cəlb olunub.

    Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Ekologiya.az-a verilən məlumata görə, Ağdaş Rayon Polis Şöbəsinin və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin regional idarəsinin əməkdaşları tərəfindən ətraf mühitin mühafizəsinin daha da gücləndirilməsi, sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə birgə tədbirlər keçirilib.

    Tədbirlər zamanı Pirkəkə kəndi ərazisində sənaye və məişət tullantılarının qalaqlanması halları aşkar olunub. İnzibati Xətalar Məcəlləsinin 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) maddəsinin tələbləri pozulduğu üçün həmin kəndin bələdiyyə sədri barəsində protokol tərtib edilib.

    Tarix : 20-11-2023, 10:46 | Oxunub: 528