• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Ağdaşda bələdiyyə sədri və obyekt icarədarı inzibati məsuliyyətə cəlb olunub

    23

    noy

    Ağdaşda bələdiyyə sədri və obyekt icarədarı inzibati məsuliyyətə cəlb olunub

    Ağdaşda bələdiyyə sədri və obyekt icarədarı inzibati məsuliyyətə cəlb olunub.

    Bu barədə Ekologiya.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib.

    Məlumata görə, Ağdaş Rayon Polis Şöbəsinin və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının birgə iştirakı ilə keçirilən tədbirlər zamanı rayonun Qarağan Sədi və Xınaxlı kəndlərinin ərazisində məişət tullantılarının qalaqlanması faktları aşkar edilib.

    Faktlarla bağlı Qarağan Sədi kəndində obyekt icarədarı, Xınaxlı kəndində isə bələdiyyə sədri barəsində İnzibati Xətalar Məcəlləsinin 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) maddəsi ilə protokol tərtib olunub.

    Tarix : 23-11-2023, 13:35 | Oxunub: 2 671