• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Qara dənizdə güclü fırtına

    20

    noy

    Qara dənizdə güclü fırtına

    Qara dənizdə Türkiyənin göyərtəsində 12 heyət üzvü olan "Kafkametler" adlı gəmisi ilə əlaqə kəsilib.

    Bu barədə Ekologiya.az yerli mətbuata istinadən xəbər verir.

    Qeyd edilir ki, Zonguldağda fırtına səbəbindən yan aldığı limandan ayrıldıqdan sonra əlaqəsi kəsilən gəmi ilə əlaqə saxlanılmağa cəhd edilir.
    Rusiyadan İzmirin “Əliağa” limanına yük daşıyan Türkiyə gəmisi Qara dəniz bölgəsində fırtına səbəbindən “Ereğli” limanına sığınıb. Burada yenidən hərəkətə keçən gəmi ilə daxili limandan ayrıldıqdan qısa müddət sonra əlaqə kəsilib.
    Liman rəhbərliyi gəmi ilə əlaqəni bərpa etmək üçün işlərini davam etdirir.

    Tarix : 20-11-2023, 10:52 | Oxunub: 588