• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Sosial şəbəkələrdə qeyri-etik paylaşımlar edən şəxsləri polis saxlayıb

    11

    apr

    Sosial şəbəkələrdə qeyri-etik paylaşımlar edən şəxsləri polis saxlayıb

    Sosial şəbəkələrdə cəmiyyətə qarşı hörmətsizlik, mənəvi dəyərlərə uyğun olmayan qeyri-etik paylaşımlar və çağırışlar edən şəxslərlə bağlı polis əməkdaşları tərəfindən tədbirlər davam etdirilir.


    Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Ekologiya.az-a verilən məlumata görə, tədbirlərlə 1998-ci il təvəllüdlü, “Po jizni Cesi” ləqəbli Cəsarət Cavadov, 1996-cı təvəllüdlü, “Roşka” ləqəbli Rövşən Süleymanov saxlanılıblar.

    Müvafiq qərarla Cəsarət Cavadov 30 sutka inzibati qaydada həbs edilib.

    Rövşən Süleymanov barəsində araşdırmalar davam etdirilir. Onun da əməllərinə hüquqi qiymət veriləcək.

    “Sosial platformalarda, xüsusilə də canlı yayımlar zamanı cəmiyyətə qarşı açıq hörmətsizlik, mənəvi dəyərlərə zidd davranışlar sərgiləyən şəxsləri bu əməllərindən çəkinməyə çağırırıq”.-deyə məlumatda bildirilir.

    Tarix : 11-04-2024, 13:27 | Oxunub: 1 541