• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Ceyhun Bayramov Strateji Dialoq Toplantısında iştirak edir

    15

    apr

    Ceyhun Bayramov Strateji Dialoq Toplantısında iştirak edir

    İlk dəfə olaraq Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Xarici İşlər Nazirlərinin “Mərkəzi Asiya – Körfəz Əməkdaşlıq Şurası” Strateji Dialoq Toplantısında fəxri qonaq qismində iştirak edir.

    Trend xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Ayxan Hacızadə "X" hesabında yazıb.

    O qeyd edib ki, ölkələrimiz arasında çox işlər görülüb və bundan da çox işlər görüləcək.

    İclasda çıxış edən nazir regionlararası əlaqələrin, qardaş ölkələr arasında çoxşaxəli əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıb.

    Çıxışda regionlarımız arasında daha möhkəm tərəfdaşlığa doğru addımların atılmasına zəmin yaradan bu strateji dialoqa inam və öhdəlik ifadə olunub

    Tarix : 15-04-2024, 12:57 | Oxunub: 3 060