• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Günəş elektrik stansiyası üzrə ilk hərrac elan edilib

    23

    apr

    Günəş elektrik stansiyası üzrə ilk hərrac elan edilib

    Energetika Nazirliyi Qobustan rayonunda 100 meqavat gücündə günəş elektrik stansiyasının layihələndirilməsi, maliyyələşdirilməsi, tikintisi və istismarı üzrə hərrac elan edib.


    Nazirlikdən AZƏRTAC-a bildirilib ki, yaşıl enerjidən istifadənin inkişafını prioritetləşdirən dövlət siyasətinə müvafiq olaraq keçirilən hərrac sahəyə özəl, o cümlədən xarici investisiyaların cəlb edilməsi məqsədini daşıyır. Açıq auksion formasında 2 mərhələdə həyata keçirilən hərrac elektrik enerjisi istehsalının qoyuluş gücündə bərpa olunan enerji mənbələrinin payının 2030-cu ilə qədər ən az 30 faizə çatdırılması ilə bağlı strateji hədəfə nail olunması, ölkəmizin COP29-a ev sahibliyi və “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində reallaşdırılan tədbirlərdən biridir.

    Qeyd edək ki, hərracda birinci mərhələ ixtisas uyğunluğunun müəyyənləşdirilməsidir və iştirak etmək istəyən şirkətlər cari il aprelin 10-dan etibarən [email protected] elektron poçt ünvanı vasitəsilə ixtisas uyğunluğunun müəyyənləşdirilməsi sənədini tələb etməlidirlər. Sənəd müraciət etmiş şirkətlərə mayın 7-dən başlayaraq təqdim ediləcək. Hərrac iştirakçıları ixtisas uyğunluğunun qiymətləndirilməsi ilə bağlı məlumatları iyunun 14-nə qədər təqdim etməlidirlər. Birinci mərhələ iyulun 12-də yekunlaşır.

    Tarix : 23-04-2024, 17:52 | Oxunub: 51