Ekologiya və təbii sərvətlər nazirinin müavini bu tarixdə Xaçmaz rayonunda vətəndaşları qəbul edəcək - ELAN
Ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov mayın 24-də Xaçmaz rayonunda Xaçmaz, Quba və Qusar rayonlarının sakinlərini qəbul edəcək.
Vətəndaşlar (012) 597-01-68 (daxili nömrə 1510, 1505), (070) 240-17-70 nömrələri ilə əlaqə saxlayaraq qəbula yazıla bilərlər.
Ünvan: Xaçmaz rayonu Xudat şəhəri 4-cü şöbə, 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin inzibati binası.