• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • “Bakı marafonu 2024”ün qalibləri müəyyənləşib

    05

    may

    “Bakı marafonu 2024”ün qalibləri müəyyənləşib

    Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Bakı Marafonu-2024”ün qalibləri müəyyənləşib.


    AZƏRTAC xəbər verir ki, “Küləyə qalib gəl” şüarı altında keçirilən Bakı marafonunda qadınlar arasında ukraynalı Nataliya Semenoviç birinci olub. Azərbaycan təmsilçisi Anna Yusupova marafonu ikinci, qazaxıstanlı Nelli Qaitova üçüncü pillədə başa vurublar.


    Kişilərin mübarizəsində türkiyəli Ahmet Alkanoğlu finişə hamıdan tez çatıb. İkinci yeri ukraynalı Boqdan Semenoviç, üçüncü yeri uqandalı İsmail Senyange tutublar.

    İlk 3 yerin sahiblərinə, müvafiq olaraq, 3000, 2000 v

    ə 1000 manat pul mükafatları, medal və diplomlar təqdim olunub.

    Tarix : 5-05-2024, 15:56 | Oxunub: 69