• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Muxtar Babayev və Rusiya baş nazirinin müavini COP29-a hazırlığı müzakirə ediblər

    07

    may

    Muxtar Babayev və Rusiya baş nazirinin müavini COP29-a hazırlığı müzakirə ediblər

    Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Rusiya Baş nazirinin müavini Aleksey Overçukla Moskvada BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Bakıda keçiriləcək 29-cu Tərəflər Konfransına hazırlığı müzakirə edib.

    Ekologiya.az xəbər verir ki, bu barədə Rusiya hökumətinin saytı məlumat yayıb.

    "Danışıqlarda iki ölkənin ekoloji əməkdaşlığının aktual məsələləri və Rusiya nümayəndə heyətinin BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 2024-cü ilin noyabrında Azərbaycan Respublikasında keçirilməsi planlaşdırılan 29-cu sessiyasında iştirakına hazırlıq nəzərdən keçirilib", - məlumatda deyilir.

    Tarix : 7-05-2024, 10:26 | Oxunub: 126