• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Yağışlı hava nə vaxta kimi davam edəcək? - Açıqlama

    07

    may

    Yağışlı hava nə vaxta kimi davam edəcək? - Açıqlama

    Ölkə ərazisində müşahidə olunan yağıntılı hava şəraiti mayın 9-u gündüzədək davam edəcək.

    Bu sözləri açıqlamasında Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib.

    “Ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə isə qar yağacağı ehtimal olunur. Bakıda və Abşeron yarımadasında mayın 8-i gündüzədək arabir yağış yağacaq. Yarımadanın bəzi yerlərində yağışın intensivləşəcəyi ehtimal olunur. Arabir güclənən şimal-qərb küləyi bu gün gündüz saatlarına qədər tədricən mülayimləşəcək. Bölgələrdə də yağıntıların 9-u gündüz saatlarına qədər tədricən kəsiləcəyi gözlənilir”, - Məmmədova qeyd edib.

    O bildirib ki, Bakıda və Abşeron yarımadasında havanın temperaturu bu gün gündüz saatlarında 13-16, aran rayonlarında 15-20, dağlıq rayonlarında isə 6-11 dərəcə isti olacaq. Ekologiya.az

    Tarix : 7-05-2024, 16:30 | Oxunub: 144