• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Şuşada seysmoloji stansiyanın qurulması ilə bağlı işlər başa çatıb - Qurban Yetirmişli

    10

    may

    Şuşada seysmoloji stansiyanın qurulması ilə bağlı işlər başa çatıb - Qurban Yetirmişli

    Şuşada seysmoloji stansiyanın qurulması ilə bağlı işlər başa çatıb. Orada abadlıq işləri və stansiyanın quraşdırılması işi qalıb.

    Trend xəbər verir ki, bunu bu gün jurnalistlərə açıqlamasında AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli deyib.

    O bildirib ki, bu stansiya Türkiyənin AFAD qurumu tərəfindən bizə hədiyyə edilib.

    "Bu, Azərbaycanda 4-cü quyudibi stansiya olacaq. 100 metr dərinliyində yerləşəcək. Bütün azad edilmiş ərazilərdə kompleks tədqiqatlar aparacayıq. Əhali köçdükcə orada işlə təmin olunacaq", - o qeyd edib.



    Tarix : 10-05-2024, 13:10 | Oxunub: 54