• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Özəl sektor "yaşıl" iqtisadiyyatın transformasiyasına cəlb olunmalıdır - Taleh Kazımov

    17

    may

    Özəl sektor "yaşıl" iqtisadiyyatın transformasiyasına cəlb olunmalıdır - Taleh Kazımov

    Özəl sektor "yaşıl" iqtisadiyyatın transformasiyasına cəlb olunmalıdır.

    Trend xəbər verir ki, bu barədə Mərkəzi Bankın sədri Taleh Kazımov "Ambisiyaların artırılması və fəaliyyətə təkan: COP-29 Dayanıqlı biznes forumu"nda deyib.

    "Özəl sektor da bütün digər sektorlar kimi "yaşıl" iqtisadiyyatın transformasiyasına cəlb olunmalıdır. Transformasiya düzgün tənzimləmə tələb edir, xüsusən də potensial risk və münaqişələri müəyyən etmək lazımdır", - deyə o bildirib.

    Onun sözlərinə görə, hazırda qlobal iqtisadiyyat da Azərbaycan iqtisadiyyatı kimi iqlim dəyişmələri ilə əlaqədar problemlərlə üzləşib və bunların nəticələri aradan qaldırılmalıdır.

    "Belə bir tədbirə ev sahibliyi etmək bizim üçün böyük şərəfdir. COP29 dünyanın nəhəng dövlətləri üçün yüksək səviyyəli müzakirə platformasıdır", - deyə o əlavə edib.

    O, həmçinin, Mərkəzi Bankın "yaşıl" maliyyələşdirməni stimullaşdırmaq və bankın enerji baxımından səmərəli təşəbbüslərin tənzimlənməsində iştirakının gücləndirilməsi üçün tədbirlər gördüyünü qeyd edib.


    Qeyd edək ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyası bu ilin noyabrında Azərbaycanda keçiriləcək. Bununla bağlı qərar COP28-in ötən il dekabrın 11–də Dubayda keçirilmiş plenar iclasında qəbul olunub. İki həftə ərzində Bakı dünyanın mərkəzinə çevriləcək və 70-80 minə yaxın xarici qonağı qəbul edəcək.

    BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası insanın iqlim sisteminə təhlükəli müdaxiləsinin qarşısını almaq məqsədilə 1992-ci ilin iyununda Rio-de-Janeyro şəhərində keçirilmiş Yer Sammitində imzalanmış sazişdir. COP (Conference of Parties) abreviaturunun ingilis dilindən tərcüməsi Tərəflər Konfransı deməkdir.

    Konvensiyanın tərəfləri 198 ölkədir. Əgər tərəflərin fərqli qərarı olmazsa, COP hər il keçirilir. COP-un ilk tədbiri 1995-ci ilin martında Berlində baş tutub, katibliyi Bonn şəhərində yerləşir.

    Tarix : 17-05-2024, 19:00 | Oxunub: 1 502