• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • AMB sədri: Bu ilin sonuna kimi yaşıl istiqrazla bağlı qanunvericiliyin qüvvəyə minəcəyinə ümid edirik

    04

    okt

    AMB sədri: Bu ilin sonuna kimi yaşıl istiqrazla bağlı qanunvericiliyin qüvvəyə minəcəyinə ümid edirik

    Bu ilin sonuna kimi yaşıl istiqrazla bağlı qanunvericiliyin qüvvəyə minəcəyinə ümid edirik. Yaşıl istiqraz siyasəti real sektorun iştirakçılarına öz kanallarını diversifikasiya etməyə, yaşıl maliyyə imkanlarını daha da şaxələndirməyə imkan verəcək.


    AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Respublikası Mərkəzi Bankının sədri Taleh Kazımov Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində keçirilən “Şəxsi maliyyə üçün yolun yaradılması” mövzusunda dəyirmi masada çıxışı zamanı deyib.


    Yaşıl bank konsepsiyasına gəldikdə isə qeyd etmək istəyirəm ki, banklar kütləvi şəkildə, könüllü olaraq maliyyə öhdəlikləri götürüblər. Buna COP29 zamanı maliyyə vədi demək olar. Həmin maliyyə vədi kollektiv şəkildə yaşıl keçidə öz töhfəsini verəcək”, - deyə Mərkəzi Bankın sədri qeyd edib.

    Tarix : 4-10-2024, 11:30 | Oxunub: 1 424