• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Azərbaycanda ölçmə vasitələrinin tipinin təsdiqi xidməti üzrə əməliyyatların sayı azalıb

    20

    may

    Azərbaycanda ölçmə vasitələrinin tipinin təsdiqi xidməti üzrə əməliyyatların sayı azalıb

    Azərbaycanda ölçmə vasitələrinin tipinin təsdiqi xidmətinin işi axınında əməliyyat sayı 17-dən 13-ə enib.

    "Report" xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Xidmətinin rəis müavini İlqar Həsənov bu gün keçirilən "Milli Metrologiya Forum"unda deyib.

    O qeyd edib ki, hər bir ölkədə metrologiya sahəsinin inkişafı onun keyfiyyət infrastrukturunun ümumi inkişafına bağlıdır: "Keyfiyyət infrastrukturunun əsas pillələri var, bunlar standartlaşdırma və uyğunluğun qiymətləndirilməsidir".

    İ. Həsənovun sözlərinə görə, Azərbaycan metrologiya sistemi öz yeni mərhələsinə qədəm qoyub: "Bu il ölkənin milli maraqlarına xidmət edən bir neçə etalon laboratoriyaların qurulmasına başlanıb".

    O bildirib ki, 2024-cü ildən etibarən ölçmə vasitələrinin tipinin təsdiq edilməsini Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Xidməti həyata keçirir.

    Tarix : 20-05-2024, 14:00 | Oxunub: 1 650