• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • İstanbulda bina çökdü: ÖLƏN VAR

    03

    iyn

    İstanbulda bina çökdü: ÖLƏN VAR

    İstanbulda üçmərtəbəli binada 1 nəfərin ölümü, 8 nəfərin yaralanması ilə nəticələnən hadisəyə görə yaşayış evinin sahibi və birinci mərtəbədəki dönərxananın yiyəsi saxlanılıblar.

    Həbslər başladılan istintaq çərçivəsində həyata keçirilir.

    İlkin məlumata görə, çökməyə səbəb məhz dönərxananın fəaliyyətinin yaşayış binasının təhlükəsizliyi normalarına uyğunsuzluğu səbəb olub. Bina sahibinin obyektdəki vəziyyətdən xəbərdar olub-olmadığı araşdırılır. (Report)

    ***

    Türkiyədə üçmərtəbəli binanın çökdüyü ərazidə xilasetmə işləri başa çatıb.

    Bu barədə İstanbul vilayətinin valiliyi məlumat yayıb.

    "Dağıntılar altında qalan sonuncu şəxs xilas edilib. Hadisə nəticəsində 1 nəfər ölüb, 8 nəfər xəsarət alıb", - açıqlamada deyilir.

    Xilasedicilər orada insanların olma ehtimalını tamamilə aradan qaldırmaq üçün bir müddət araşdırmanı davam etdirəcəklər.

    Zərərçəkənlər arasında iki nəfərin vəziyyəti ağırdır.

    Qeyd edək ki, hadisə  İstanbulun Avropa hissəsindəki Küçükçekmece rayonunda baş verib. (Report)


    Tarix : 3-06-2024, 09:00 | Oxunub: 1 768