• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Qarabağ kanalının bəndi dağıldı - Sahələri su basdı

    04

    iyn

    Qarabağ kanalının bəndi dağıldı - Sahələri su basdı

    Qarabağ kanalının Yevlax rayon Kolanı kənd ərazisindən keçən hissəsində bənd dağılıb, ətraf ərazini su basıb.

    Ekologiya.az xəbər verir ki, Qarabağ kanalının Yevlax rayon Kolanı kənd ərazisindən keçən hissəsində bəndin bir qismi sıradan çıxıb. Nəticədə kanalın suyu ətrafdakı taxıl və otlaq sahələrini su basıb.

    Hazırda aidiyyəti qurumların nümayəndələri texnika vasitəsilə birgə əraziyə cəlb olunub və yaranmış fəsadın aradan qaldırılması istiqamətində işlər davam etdirilir.

    Tarix : 4-06-2024, 18:30 | Oxunub: 3 552