• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • COP29-un prezidenti və UNFCCC-nin icraçı katibi iqlim dəyişikliyi ilə mübarizə strategiyalarını müzakirə ediblər

    06

    iyn

    COP29-un prezidenti və UNFCCC-nin icraçı katibi iqlim dəyişikliyi ilə mübarizə strategiyalarını müzakirə ediblər

    COP29-un prezidenti Muxtar Babayev BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) icraçı katibi Saymon Stil ilə görüşüb.

    Ekologiya.az xəbər verir ki, bu barədə COP29-un “X” sosial şəbəkəsindəki hesabında paylaşım edilib.

    “Bu gün COP29-un prezidenti Muxtar Babayev Bonn İqlim Konfransı çərçivəsində UNFCCC-nin icraçı katibi Saymon Stil ilə səmərəli görüş keçirib. Onlar Bakıda keçiriləcək COP29 tədbiri öncəsi qlobal iqlim fəaliyyətini və əməkdaşlığı gücləndirmək üçün strategiyaları müzakirə ediblər”, - məlumatda qeyd edilib.

    Xatırladaq ki, bu ilin noyabrında BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) Bakıda keçiriləcək. Bu qərar 2023-cü il dekabrın 11-də Dubayda keçirilən COP28 plenar iclasında qəbul edilib. Tədbir çərçivəsində Azərbaycanın paytaxtı 70-80 minə yaxın xarici qonaq qəbul edəcək.


    Tarix : 6-06-2024, 21:20 | Oxunub: 3 592