Çinin cənubundakı Quandun əyalətində baş verən torpaq sürüşməsi nəticəsində üç nəfər həyatını itirib, bir nəfər isə itkin düşüb.

Trend xəbər verir ki, hadisə nəticəsində üçmərtəbəli bina zərər görüb.

Axtarış-xilasetmə əməliyyatları zamanı altı nəfər sağ tapılaraq xilas edilib.


Lakin tibbi müdaxilələrə baxmayaraq, onlardan üçü xəstəxanada dünyasını dəyişib.

Digər üç nəfərin vəziyyəti isə sabit qiymətləndirilir.

Ərazidə axtarış-xilasetmə işləri davam edir.