• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Sumqayıtın Dənizkənarı bulvarında “Tullantıları hədiyyələrə dəyiş” festivalı keçiriləcək

    03

    iyl

    Sumqayıtın Dənizkənarı bulvarında “Tullantıları hədiyyələrə dəyiş” festivalı keçiriləcək

    Beynəlxalq Polietilen Paketdən İmtina Günü ilə əlaqədar polietilen torbalardan istifadənin azaldılmasına nail olmaq məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Bakıda fəaliyyət göstərən bir neçə marketdə ekokönüllülər tərəfindən alıcılara ekoçantalar paylanılıb, plastikin təbiətə və insan orqanizminə zərərləri, tullantıların çeşidlənərək təkrar emala göndərilməsinin vacibliyinin əks olunduğu məlumatverici açıqcalar hədiyyə edilib.


    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji maarifləndirmə və kommunikasiya şöbəsinin müdiri Səyyarə Məmmədovanın AZƏRTAC-a verdiyi məlumata görə, ictimaiyyətin diqqətini bu məsələyə yönəltmək, ətraf mühitin qorunması üçün cəmiyyətin hər bir üzvünü fəal iştiraka çağırmaq məqsədilə Azərbaycan Könüllü Təşkilatları İttifaqına üzv könüllülərin iştirakı ilə fləş-mob keçirilib.


    “Hər kəsin ətraf mühitə təsiri var və hər birimiz həmin təsiri azalda, polietilen paketlərdən imtina edərək, təbiəti qorumağa və daha təmiz gələcək yaratmağa kömək edə bilərik. Gəlin, polietilen paketlərdən imtina edək və ekoloji təmiz alternativlərdən istifadəyə önəm verək”, - deyə şöbə müdiri bildirib.


    S.Məmmədova qeyd edib ki, Beynəlxalq Polietilen Paketdən İmtina Gününə diqqəti çəkmək, vətəndaşları tullantıların çeşidlənməsinə, düzgün idarə olunmasına təşviq etmək məqsədilə iyulun 6-sı saat 11:00-dan 13:00-dək Sumqayıt şəhəri Dənizkənarı bulvar (“Göyərçin” abidəsindən bulvara düşən yol) ərazisində “Tullantıları hədiyyələrə dəyiş” festivalı keçiriləcək.

    Tarix : 3-07-2024, 20:00 | Oxunub: 1 976