• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • “Polietilen torbaları gətir, ekoçantanı götür!” aksiyası keçirilib

    03

    iyl

    “Polietilen torbaları gətir, ekoçantanı götür!” aksiyası keçirilib

    Naxçıvan Muxtar Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən 3 İyul – Beynəlxalq Polietilen Paketdən İmtina Günü münasibətilə Naxçıvan şəhərinin ictimai yerlərində “Polietilen torbaları gətir, ekoçantanı götür!” adlı maarifləndirici aksiya təşkil edilib.

    Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, aksiya çərçivəsində ekokönüllülər insanlara polietilen torbalardan istifadənin ətraf mühitə zərərləri barədə məlumat veriblər. Eyni zamanda, mövzuya həssas yanaşmanın və ətraf mühitin mühafizəsinin əhəmiyyəti barədə məlumatlandırıcı bukletlər təqdim edilib və bu günün mahiyyəti diqqətə çatdırılıb.

    Sonra sakinlərdən istifadə olunmuş polietilen torbalar toplanaraq, onların əvəzində ekoloji cəhətdən zərərsiz ekoçantalar hədiyyə olunub.

    Aksiyanın keçirilməsində məqsəd polietilen torbalardan istifadənin azaldılması və alternativ vasitə kimi dəfələrlə istifadə oluna bilən parça, həsir və digər ekoçantalara keçidi təşviq etməkdir.

    Qeyd edək ki, polietilen torbalar təbiətdə yüz illərlə çürümədən qalır və ciddi ekoloji fəsadlara səbəb olur. Bu səbəbdən davamlı və təkrar istifadə oluna bilən çantalara üstünlük verməklə təbiətin qorunmasına birgə töhfə verə bilərik.

    Tarix : Dünən, 19:50 | Oxunub: 328