Türkiyənin İstanbul şəhəri yaxınlığında zəlzələ baş verib.

Ekologiya.az xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Hallar Xidməti (AFAD) məlumat yayıb.

Ocağı Mərmərə adasının yaxınlığında olan 4,1 maqnitudalı zəlzələ yerin 7 kilometr dərinliyində qeydə alınıb.

Zəlzələdən sonra dağıntılar və ya tələfat barədə məlumat verilməyib.