• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • İntensiv yağış yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ

    08

    dek

    İntensiv yağış yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ

    Bakıda və Abşeron yarımadasında dekabrın 8-i axşamdan 10-u səhərədək fasilələrlə yağış yağacağı gözlənilir.

    Milli Hidrometeorologiya Xidmətindən Ekologiya.az-a verilən xəbərə görə, yarımadanın bəzi yerlərində intensiv olacağı ehtimalı var.

    Azərbaycanın rayonlarında dekabrın 8-i axşamdan 11-i səhərədək bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dağlıq rayonlarda qar yağacağı ehtimalı var.

    Qərb küləyi bəzi yerlərdə arabir 15-20 m/s-dək güclənəcək.

    Tarix : 8-12-2023, 11:17 | Oxunub: 2 257