Kür çayının Neftçala, Baş Mil-Muğan Kollektoru hissəsində qanunsuz balıq ovlayan şəxslər saxlanılıb - RƏSMİ
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Xəzər dənizinin Xaçmaz rayonu akvatoriyasında, Mingəçevir və Şəmkir su anbarlarında, Kür çayının Neftçala, Baş Mil-Muğan Kollektorunun isə Salyan rayonundan keçən hissəsində qanunsuz balıq ovlayan şəxslər saxlanılıb.
Ekologiya.az bildirir ki, araşdırma zamanı həmin şəxslərin Xaçmaz rayonu Uzunoba kənd sakini Mübariz Məstəliyev, Neftçala rayonu Mayak kənd sakini İlham Kazımov, Yevlax rayonu Xanabad kənd sakini Orxan İsmayılov, Tovuz rayonu Hunanlar kənd sakini Oktay İbrahimov, Salyan rayonu Sarvan kənd sakini İftixar Abdullayev olduğu müəyyən edilib. Onlardan qanunsuz ovlanmış xeyli sayda balıq və istifadəsi qadağan olunmuş ov alətləri aşkar edilərək götürülüb.
Faktlarla bağlı qanun pozucuları barəsində protokol tərtib edilib və qanunamüvafiq tədbir görülüb.