• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Su hövzəsində qanunsuz balıq və digər su bioresursları ovlayan şəxslər saxlanılıb

    07

    iyn

    Su hövzəsində qanunsuz balıq və digər su bioresursları ovlayan şəxslər saxlanılıb

    Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Mingəçevir su anbarında, Kür çayında və Yevlax rayonu ərazisində yerləşən qapalı su hövzəsində qanunsuz balıq və digər su bioresursları ovlayan şəxslər saxlanılıb.

    Araşdırma zamanı onların Yevlax rayonu Hacıselli kənd sakini Qardaşxan Abdullayev, Xanabad kənd sakinləri Taleh Mahmudov, Şamil Vəliyev və Neftçala rayonu Bankə qəsəbə sakini Ceyhun Mənəfov olduğu müəyyən edilib. Onlardan xeyli sayda qanunsuz ovlanmış balıq və digər su bioresursları, 655 metr uzunluğunda 6 ədəd sintetik tor, eyni zamanda istifadəsi qadağan olunmuş digər ov alətləri aşkar edilərək götürülüb.


    Faktlarla bağlı qanun pozucuları barəsində protokol tərtib edilib və qanunamüvafiq tədbir görülüb.
    Ekologiya.az

    Tarix : 7-06-2024, 20:11 | Oxunub: 1 800