26 sentyabr “Ümumdünya Dəniz Günü” ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən poster-dizayn müsabiqəsi elan edilir.
Təqdim edilən dizaynlar yaradıcılığı, orijinallığı, müasir trendlərə əsaslanmanı, keyfiyyəti və müsabiqənin mövzusuna uyğunluğu əks etdirməlidir.
İştirak etmək istəyən dizaynerlər əlaqə nömrələrini, öz dizayn işlərini və şəxsiyyət vəsiqələrini [email protected] e-mail ünvanına təqdim etməklə müraciət edə bilərlər.
Müsabiqənin şərtləri və qaydaları ilə bağlı ətraflı məlumat:
Qaliblər Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi veb saytında və sosial media hesablarında elan olunacaq. Qaliblərə, həmçinin 10 gün ərzində email və ya SMS vasitəsilə məlumat göndəriləcək.
Ekologiya.az