• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Nazir müavini: COP29-la bağlı bütün təhsil müəssisələrində maarifləndirmə tədbirləri keçirilir

    03

    okt

    Nazir müavini: COP29-la bağlı bütün təhsil müəssisələrində maarifləndirmə tədbirləri keçirilir

    Elm və Təhsil Nazirliyi COP29-la bağlı Tədbirlər Planı hazırlayıb və bütün təhsil müəssisələrində maarifləndirmə tədbirləri keçirir.


    AZƏRTAC xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini Firudin Qurbanov Bakı İqlim Fəaliyyəti Həftəsinin dördüncü günündə çıxışı zamanı deyib.


    "Bu həftə yaşıl həftə adlandırılıb. Bununla bağlı təhsil müəssisələrində bir çox seminarlar, forumlar keçirilir, sənədli filmlər nümayiş etdirilir. Əsas məqsəd uşaqlarda ekoloji tərbiyə formalaşdırmaqdır, - deyə nazir müavini fikirlərinə yekun vurub.

    Tarix : 3-10-2024, 17:20 | Oxunub: 1 408