• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Dövlət Ekoloji Təhlükəsizlik Xidməti məlumat yayıb

    10

    okt

    Dövlət Ekoloji Təhlükəsizlik Xidməti məlumat yayıb

    Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Biləsuvar rayonunun inzibati ərazisində  ov qaydalarını pozan əcnəbi vətəndaşlar saxlanılıb. 

    Araşdırma zamanı həmin şəxslərin Birləşmiş Ərəb Əmirliyi vətəndaşları Zaeif Musabah Humood Alketbi, Khamis Saif Saeed Bin Humood, Jauaan Mubarak Fadel Almazrouei və Mohammed Abdulla Mohammed Almehrzi olduğu müəyyən edilib, onlardan 4 ədəd ov silahı aşkar edilərək maddi sübut kimi götürülüb.

    Faktla bağlı qanun pozucuları barəsində protokol tərtib edilib və qanunmaüvafiq tədbir görülüb.

    Ekologiya.az

    Tarix : 10-10-2024, 14:42 | Oxunub: 1 752