Dövlət Ekoloji Təhlükəsizlik Xidməti Abşeronda ağacların qanunsuz kəsilməsi faktları aşkarladı
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Bakı şəhəri və Abşeron rayonu ərazisində ağacların qanunsuz kəsilməsi faktları aşkar ounub.
Araşdırma zamanı Bakı şəhəri Biləcəri qəsəbəsi Rəşid İsmayılov küçəsi 16R ünvanında yerləşən qeyri-yaşayış obyektinin qarşısında Niyaməddin Mustafayev, Abşeron rayonu Xırdalan şəhəri Qalubiyyə küçəsi 27ci məhəllədə Mübariz Hüseynov, Saray qəsəbəsi, Bakı-Sumqayıt avtomobil yolunun sağ hissəsində Cabir Əsgərov, Masazır qəsəbəsi Sahil küçəsində Elman Tağısoy tərəfindən ağacların qanunsuz kəsilməsi faktları aşkar edilib.
Faktlarla bağlı akt tərtib olunub və hər bir fakt üzrə yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi məqsədilə toplanmış sənədlər Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib.
Ekologiya.az