• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Sumqayıtda GÜCLÜ PARTLAYIŞ - Xəsarət alanlar var

    24

    okt

    Sumqayıtda GÜCLÜ PARTLAYIŞ - Xəsarət alanlar var

    Sumqayıtda yerləşən müəssisədə partlayış baş verib, iki nəfər xəsarət alıb.

     

    Ekologiya.az xəbər verir ki, 1982-ci il təvəllüdlü Təbriz Səfər oğlu Məmmədəliyev və 1972-ci il təvəllüdlü İlham Maarif oğlu Nuruyev çalışdıqları müəssisədə qaynaq işləri görən zaman qaz sızması nəticəsində partlayış baş verib.

     

    Nəticədə hər iki şəxs termik yanıq xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

     

    Faktla bağlı araşdırma aparılır.

    Tarix : 24-10-2024, 14:20 | Oxunub: 1 640