• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • ADU-da “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş dəyirmi masa təşkil olunub

    24

    okt

    ADU-da “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş dəyirmi masa təşkil olunub

    Azərbaycan Dillər Universitetində “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş dəyirmi masa təşkil olunub.

    Azərbaycan Dillər Universitetinin Linqvokulturologiya kafedrasının təşəbbüsü ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndələrinin iştirakı ilə “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş dəyirmi masa keçirilib. 

    Universitetin müəllim heyətinin və tələbələrin iştirak etdiyi tədbirdə Nazirliyin nümayəndəsi tərəfindən ətraf mühitin mühafizəsi, tullantıların idarə olunması, ekoloji maarifləndirmə işinin əhəmiyyəti barədə iştirakçılara məlumatlar verilib, onları maraqlandıran suallar cavablandırılıb.

    Tarix : 24-10-2024, 17:20 | Oxunub: 1 336