• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • "Qlobal Cənub və Qlobal Şimal arasında iqlim üzrə əməkdaşlığa töhfə veririk"

    24

    okt

    "Qlobal Cənub və Qlobal Şimal arasında iqlim üzrə əməkdaşlığa töhfə veririk"

    Prezident İlham Əliyev təqribən 200 ölkənin COP29-un Azərbaycanda keçirilməsinə dair yekdil qərarının ölkənin siyasətinə hörmətin və dəstəyin parlaq sübutu olduğunu bildirib.

    Teleqraf.com xəbər verir ki, Kazanda XVI BRICS Sammitinin “Outreach”/“BRICS+” formatının toplantısında çıxış edən Azərbaycan Prezidenti ölkənin artıq Qlobal Cənub və Qlobal Şimal arasında iqlim üzrə əməkdaşlığa töhfə verdiyini deyib:

    “Biz artıq Qlobal Cənub və Qlobal Şimal arasında iqlim üzrə əməkdaşlığa töhfə veririk və istər iqlim dəyişikliyi ilə bağlı məsələlərdə, istərsə də qlobal təhlükəsizlik, beynəlxalq hüququn aliliyi, bir-birinin işlərinə qarışmamaq, qarşılıqlı hörmət məsələlərində qarşılıqlı anlaşmaya nail olunmasına səy göstərəcəyik”.

    Tarix : 24-10-2024, 19:40 | Oxunub: 1 536