• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Prezidentin bu rayona yeni təyin etdiyi 41 yaşlı icra başçısı kimdir? - DOSYE

    01

    noy

    Prezidentin bu rayona yeni təyin etdiyi 41 yaşlı icra başçısı kimdir? - DOSYE

    Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin Sərəncamı ilə Orxan Rüfət oğlu Hüseynzadə Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

    Ekologiya.az yeni icra başçısı təyin olunan Orxan Hüseynzadənin dosyesini təqdim edir.

    Orxan Hüseynzadə 1983-cü ildə Bakı şəhərində anadan olub.

    2004-cü ildə Bakı Dövlət Universitetini, 2013-cü ildə isə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını bitirib.

    2006-2012-ci illərdə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyində müxtəlif vəzifələrdə çalışıb.

    2012-2018-ci illər ərzində Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi müxtəlif vəzifələrdə işləyib.

    2018-ci ildə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatında çalışıb.

    2018-ci ildən icra başçısı təyin olunana qədər Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətində çalışıb.

    Tarix : 1-11-2024, 20:19 | Oxunub: 1 808